Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Batman °C

Xabarovsk şəhərində Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edilib

Xabarovsk şəhərində Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edilib
REKLAM ALANI
08.07.2023
A+
A-

Xabarovsk şəhərində Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edilib

2023

 

 

 

Xabarovsk şəhərində Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edilib
Rusiyanın Xabarovsk şəhərində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə dəyirmi masa keçirilib.

 

 

 

 

Xabarovsk diyarı “Azərbaycan Konqresi” ictimai təşkilatı tərəfindən təşkil edilən tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, “Xabarovsk diyarı Xalqlar Assambleyası” ictimai təşkilatının, qırğız, tatar, tacik, koreya, yəhudi və dağıstan icmalarının nümayəndələri iştirak ediblər.

 

 

 

 

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Əli Baytalov və başqaları çıxış edərək, Heydər Əliyevi görkəmli və müdrik dövlət xadimi, yüksək liderlik keyfiyyətlərinə malik dahi şəxsiyyət adlandırıblar. Azərbaycanın böyük oğlunun SSRİ Baş nazirinin birinci müavini vəzifəsində çalışarkən bütün ölkənin, o cümlədən Uşaq Şərqin inkişafında müstəsna rolundan danışıblar. Müstəqil Azərbaycan dövlətinin gücləndirilməsi və indiki inkişaf yoluna çıxması istiqamətində onun misilsiz xidmətlərinə diqqəti cəlb ediblər.

 

 

 

 

Rusiyada Azərbaycan diasporunun mütəşəkkil şəkildə fəaliyyət göstərməsi, Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin unudulmaması barədə Heydər Əliyevin tövsiyələrini xatırladan “Azərbaycan Konqresi”nin sədri Əli Məmmədov yeni layihə – Azərbaycan həftəsonu məktəbinin fəaliyyətə başlayacağı ilə bağlı ətraflı məlumat verib.

 

 

 

 

 

Tədbir diasporlararası əməkdaşlıq perspektivlərinə və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsinin aparılması ilə davam edib.

Dəyirmi masa çərçivəsində Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən fotosərgi nümayiş etdirilib.

 

 

 

 

Qeyd edək ki, Rusiyanın Uzaq Şərq bölgəsinə səfər çərçivəsində Komitə nümayəndəsinin Vladivostok şəhərində yaşayan soydaşlarımızla da görüşü keçirilib. Primorye diyarının “Azərbaycan Konqresi” ictimai təşkilatı tərəfindən təşkil edilən görüş zamanı icmamızın fəaliyyət istiqamətləri və gələcək planları müzakirə olunub.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/xabarovsk-seherinde-heyder-eliyevin-misilsiz-xidmetlerinden-behs-edilib-3189

REKLAM ALANI