Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Batman °C

Torontoda ilk dəfə “Arşın mal alan” operettası təqdim olunub

Torontoda ilk dəfə “Arşın mal alan” operettası təqdim olunub
REKLAM ALANI
22.04.2023
A+
A-

 

 

Torontoda ilk dəfə “Arşın mal alan” operettası təqdim olunub
, 2023
Torontoda ilk dəfə “Arşın mal alan” operettası təqdim olunub
Kanadanın Toronto şəhərində yerləşən “Meridian Arts Center” sənət mərkəzindəki Qrinvin Teatrında Azərbaycanın peşəkar musiqi sənətinin və milli operasının banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovun məşhur “Arşın mal alan” operettası ilk dəfə təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının təşkilatçılığı ilə müasir üslubda ərsəyə gələn tamaşanın premyerasında Azərbaycan icmasını və müxtəlif millətləri təmsil edən 300-dən çox izləyici iştirak edib.

“Təbriz” ansamblının milli və rəngarəng geyimli solistlərinin, rəqqaslarının, eləcə də musiqiçilərinin nümayiş etdirdikləri peşəkar performans, vokalçıların əsrarəngiz səsləri tamaşaçıları valeh edib. Onlar artistlərin hər ifasını gur alqışlarla qarşılayıblar.

Tamaşada rolları Arəş Yəhyapur (Əsgər), Kristina Rəhimova (Gülçöhrə), Rövşən Tagıyev (Süleyman), Nəsrin Əttari (Asya), Əsgər Yəhyapur (Soltan bəy), Nəcibə Fərşi (Cahan xala), Röya Şəmsazər (Telli), Səid Şirazi (Vəli) və ansamblın digər üzvləri ifa ediblər.

 

 

 

Qeyd edək ki, Üzeyir bəyin 1913-cü ildə yazdığı ölməz əsərin Kanadada səhnələşdirilməsi ideyasının müəllifləri “Təbriz” ansamblının prodakşn meneceri Şervin Şahadpur və musiqi rəhbəri Polad Kaşefdir. Tamaşadan sonra onlar bildiriblər ki, Üzeyir dühasının Azərbaycan musiqisinə bəxş etdiyi operettanın Toronto səhnəsində nümayişi hər bir soydaşımıza böyük qürur hissi yaşadıb. Nəzərə çatdırılıb ki, “Arşın mal alan” operettasını Kanadanın bütün böyük şəhərlərində nümayiş etdirməyə hazırlaşırlar.

Xatırladaq ki, 20 ilə yaxındır Toronto şəhərində fəaliyyət göstərən, çoxlu sayda beynəlxalq musiqi festivallarının iştirakçısı və icraçısı olan “Təbriz” ansamblı Kanadada Azərbaycanın milli mədəniyyətini və incəsənətini böyük ugurla təbliğ edir. Ansambl hazırda türk dövlətlərinin musiqi və rəqs festivalını təşkil etməyi planlaşdırır.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/torontoda-ilk-defe-arsin-mal-alan-operettasi-teqdim-olunub-2819

 

 

REKLAM ALANI