Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Batman °C

Nazir Ceyhun Bayramovun İordaniyanın Azərbaycandakı yeni səfiri Ömər Al Nahar ilə görüşünə dair mətbuat məlumatı

Nazir Ceyhun Bayramovun İordaniyanın Azərbaycandakı yeni səfiri Ömər Al Nahar ilə görüşünə dair mətbuat məlumatı
REKLAM ALANI
19.09.2023
A+
A-

 

 

No:498/23, Nazir Ceyhun Bayramovun İordaniyanın Azərbaycandakı yeni səfiri Ömər Al Nahar ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

16 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı yeni təyin edilmiş səfiri Ömər Al Naharı qəbul edib.

 

 

 

 

Səfir Ömər Al Nahar ilk öncə etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

 

Nazir Ceyhun Bayramov səfir Ömər Al Naharı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Görüşdə iki ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

 

 

 

Müzakirələr zamanı, siyasi əlaqələrin mövcud inkişafının ikitərəfli iqtisadi münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini bildirən nazir bu xüsusda, iqtisadiyyat, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin və Hökumətlərarası Komissiyanın fəaliyyətinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini xüsusilə vurğulayıb.

 

 

 

Regional və beynəlxalq təşkilatlar və platfotmalar, o cümlədən Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

 

 

Nazir Ermənistanın 30 ilə yaxın dövrdə ərazilərimizin işğalı, etnik təmizləmə siyasəti, eləcə də 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə dövründə Ermənistanın davam edən təxribatları, separatçılıq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

 

 

 

Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən səfir Ömər Al Nahar diplomatik fəaliyyəti dövründə İordaniya-Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

 

 

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Paylaş
BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no49823

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.