Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Batman °C

Çikaqo şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

Çikaqo şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
REKLAM ALANI
20.10.2023
A+
A-

 

 

 

 

Çikaqo şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

, 2023

 

 

 

Çikaqo şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

 

 

 

ABŞ-ın Çikaqo şəhərinin mərkəzində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.

Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız Çikaqo şəhər meriyası – məşhur Riçard C. Deyli Mərkəzinin önündə qaldırılıb.

 

 

 

Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşəbbüsü və təşkilatçılığı ilə baş tutan mərasimdə Türkiyənin Çikaqodakı Baş konsulluğunun əməkdaşları, bu şəhərdə yaşayan həmvətənlərimizin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

 

 

Amerika Orta Qərbi Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov bildirib ki, tarixi günlərdə şanlı bayrağımızın Çikaqoda qaldırılması mərasimi artıq ənənəyə çevrilib: “Bu bayraqqaldırma mərasimi bütün dünyada xalqları birləşdirən ümumi azadlıq, müstəqillik və birlik dəyərlərinə güclü sübut kimi xidmət edir. Azərbaycan və ABŞ arasında dostluğun mayakı rolunu oynayır, iki ölkə arasında əlaqələri möhkəmləndirir və mədəni mübadiləni təşviq edir”.

Türkiyənin Baş konsulu Engin Turesin bayram münasibətilə Azərbaycan icmasına ən səmimi təbriklərini çatdırıb.

Qeyd edək ki, Azərbaycanın Dövlət Bayrağı gün ərzində meriyanın qarşısında dalğalanıb. Bu mərasim şəhər sakinlərinin diqqətini cəlb edib.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/cikaqo-seherinde-azerbaycanin-dovlet-bayragi-ucaldilib-3695

 

 

 

 

REKLAM ALANI