Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Batman °C

Britaniya Azərbaycanlıları Koordinasiya Şurası qonşu Ermənistanın ekoloji təxribatına etiraz edib

Britaniya Azərbaycanlıları Koordinasiya Şurası qonşu Ermənistanın ekoloji təxribatına etiraz edib
REKLAM ALANI
18.06.2023
A+
A-

Britaniya Azərbaycanlıları Koordinasiya Şurası qonşu Ermənistanın ekoloji təxribatına etiraz edib

, 2023

 

 

 

Britaniya Azərbaycanlıları Koordinasiya Şurası qonşu Ermənistanın ekoloji təxribatına etiraz edib

 

 

 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan icmamız Azərbaycanla sərhəddə Ermənistanın ekoloji durumun gərginləşdirilməsi istiqamətində atdığı növbəti yolverilməz addımı hiddətlə pisləyib.

Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının adından yerli ictimaiyyətə və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə – Yerasx (Arazdəyən) kəndində Ermənistanın 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodu tikməsi diqqətə çatdırılıb.

 

 

 

 

Bəyanatda bu hadisə Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması kimi dəyərləndirilib. Espo Konvensiyasının müddəalarına görə, digər ölkələrə mənfi ekoloji təsir baxımından Ermənistanın öz ərazisində planlaşdırdığı bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırmalı olmasının zəruriliyi vurğulanıb.

Ermənistanın daim beynəlxalq hüquq və ekoloji hüquq normalarını pozduğu, Azərbaycanın bir müddət öncə Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar qonşu ölkənin Espo Konvensiyasının müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmasına nail olduğu, iri mədən müəssisələri olan Qacaran mis-molibden zavodunun və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat sularının uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi zərər vurduğu kimi faktlar yada salınıb.

 

 

 

Beynəlxalq ictimaiyyəti regionun ekoloji təhlükəsizliyinə zərbə vuran, beynəlxalq hüquq normalarına zidd əməllər həyata keçirən Ermənistana təzyiq göstərməyə çağıran Koordinasiya Şurası bəyan edib ki, ekoloji dayanıqlılıq və ətraf mühitin qorunması indiki və gələcək nəsillərin rifahı üçün prioritet olmalıdır: “Bu ekoloji problemləri həll etməklə biz regionda sülhü, əməkdaşlığı və davamlı inkişafı təşviq edə bilərik”.

 

 

 

 

Britaniya Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq təşkilatları, hökumətləri və ayrı-ayrı nüfuzlu şəxsləri ətraf mühitin mühafizəsi səylərində Azərbaycan icmasına qoşulmağa, beynəlxalq ekoloji qanun və standartlara riayət olunmasını müdafiə etməyə çağırıb: “Biz birlikdə vəziyyəti dəyişə və ortaq dünyamızın ekoloji bütövlüyünü qoruya bilərik”.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/britaniya-azerbaycanlilari-koordinasiya-surasi-qonsu-ermenistanin-ekoloji-texribatina-etiraz-edib-3117

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.