Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Batman °C

Azərbaycan və Özbəkistan arasında diaspor məsələləri müzakirə olunub

Azərbaycan və Özbəkistan arasında diaspor məsələləri müzakirə olunub
REKLAM ALANI
24.05.2023
A+
A-

 

 

 

Azərbaycan və Özbəkistan arasında diaspor məsələləri müzakirə olunub
, 2023
Azərbaycan və Özbəkistan arasında diaspor məsələləri müzakirə olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Özbəkistana səfəri çərçivəsində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədri Rustambek Kurbanov və Azərbaycan icması ilə birlikdə paytaxt Daşkənddə xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan meydanı ziyarət edib.

Ziyarət zamanı Heydər Əliyevin şərəfinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoyulub, xalqımızın və türk dünyasının qüdrətli şəxsiyyətinin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Daha sonra Komitə sədri Özbəkistanın yerli mətbuat orqanlarına müsahibə verib.

Sonra Komitə sədrinin Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədri Rustambek Kurbanovla görüşü keçirilib. Görüş zamanı Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu çərçivəsində Azərbaycan və Özbəkistanın müvafiq qurumları arasında imzalanmış anlaşma memorandumu çərçivəsində ikitərəfli əməkdaşlıq perspektivləri və fəaliyyət prinsipləri ətrafında fikir mübadiləsi aparılıb. Ötən müddət ərzində türk dünyasının diaspor təşkilatları arasında səmərəli əlaqələr formalaşdırmaq və onları daha da genişləndirmək istiqamətində görülən işlərə diqqət cəlb edilib.

 

 

 

 

Özbəkistanda müasir Azərbaycan dövlətinin qurucusu, türk dünyasının görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlərin keçirilməsindəki təşkilati dəstəyinə və Azərbaycan diasporunun geniş fəaliyyət göstərməsi üçün yaradılmış şəraitə görə Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinə minnətdarlıq bildirilib, Azərbaycan dövlətinin adından Komitə sədri Rustambek Kurbanova “Diaspor fəaliyyətində xidmətlərə görə” medalı təqdim olunub.

 

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

Kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycan-ve-ozbekistan-arasinda-diaspor-meseleleri-muzakire-olunub-2985

 

 

REKLAM ALANI