Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Batman °C

ABŞ-nin 3 şəhərində Ermənistanın mina terrorunu əks etdirən məlumatlandırma aksiyası keçirilib

ABŞ-nin 3 şəhərində Ermənistanın mina terrorunu əks etdirən məlumatlandırma aksiyası keçirilib
REKLAM ALANI
04.10.2023
A+
A-

 

 

ABŞ-nin 3 şəhərində Ermənistanın mina terrorunu əks etdirən məlumatlandırma aksiyası keçirilib

, 2023

 

 

ABŞ-nin 3 şəhərində Ermənistanın mina terrorunu əks etdirən məlumatlandırma aksiyası keçirilib
ABŞ-nin Vaşinqton, Nyu-York, Atlanta şəhərlərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində Azərbaycanın Qarabağ bölgəsində kütləvi şəkildə basdırılan minaların faciəvi nəticələrini əks etdirən məlumat xarakterli aksiya keçirilib.

 

 

 

 

Yuta-Azərbaycan Dostluq Təşkilatının sədri Əsmər Qarayevanın təşkilatçılığı ilə baş tutan aksiya zamanı müxtəlif şüarları, həştəqləri və məlumatları əks etdirən LED ekranlı yük avtomobilləri ABŞ-ın 3 şəhərinin izdihamlı mərkəzi küçələrində hərəkət edib. Bu şəhərlərin icazə verilən mərkəzi hissələrində avtomobillər dayandırılıb və Ermənistanın mina terroruna diqqət cəlb edilib.

 

 

 

LED ekranlarda “Ermənistan terrorizmi minalarla davam etdirir”, “Ermənistan, dünya aydınlıq və təhlükəsizlik tələb edir. Qarabağın mina xəritələrini paylaş!”, “Qarabağdan dünyaya: minalara YOX deyin!”, “Azərbaycan torpaqlarının işğal edilməsi dövründə Ermənistan tərəfindən 1,5 milyon mina basdırılıb”, “Qarabağı xatırlayaraq – minasız gələcəyə doğru çalışmaq”, “Qarabağda minalarda həyatlarını itirənlərə ehtiram! Təhlükəsizlik uğrunda mübarizəyə qoşulun!”, “Qarabağ qurbanlarını xatırla – minasız torpaqlar uğrunda müdafiəyə qalx!”, “Qarabağ gizlədilmiş minaları deyil, sülhü haqq edir!”, “Qarabağ faciəsini xatırlayaraq, minasız miras üçün çalışırıq”, “Ermənistanın Azərbaycana qarşı qəsdən və hədəfi ayırmadan mina terroru!” kimi qısa məlumatlar və şüarlar nümayiş etdirilib.

 

 

 

İşğal illərində Azərbaycanın 147 988 hektar ərazisinin yüksək səviyyədə, 675 570 hektar ərazisinin isə orta və aşağı səviyyədə çirkləndirildiyi, Ermənistanın Azərbaycana qarşı mina terroru törətməsi nəticəsində 1991-ci ildən bu günə qədər arasında qadın və uşaqlar da olmaqla 3393 mina qurbanının olduğu kimi faktlar nəzərə çatdırılıb.

 

 

 

Məlumatlarda #stoparmeniancrimes, #MapsForKarabakhSafety, #KarabakhSafety kimi həştəqlər yer alıb.

 

 

 

 

Qeyd edək ki, ötən həftə Azərbaycan diasporu Böyük Britaniyanın London və Mançester şəhərlərində də məlumatlandırma aksiyası keçirib. Britaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan və 8 saat davam edən aksiya zamanı aksiya zamanı müxtəlif şüarları, həştəqləri və məlumatları əks etdirən LED ekranlı yük avtomobilləri London və Mançester şəhərlərinin izdihamlı mərkəzi küçələrində hərəkət edib.

FOTO QALEREYA

 

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

 

kaynak:https://diaspor.gov.az/az/news-detail/abs-nin-3-seherinde-ermenistanin-mina-terrorunu-eks-etdiren-melumatlandirma-aksiyasi-kecirilib-3625

 

 

 

 

REKLAM ALANI