Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Batman °C

Meyn ştatında yəhudi və müsəlman icmaları bir araya gəlib

Meyn ştatında yəhudi və müsəlman icmaları bir araya gəlib
REKLAM ALANI
19.04.2023
A+
A-

 

 

 

Meyn ştatında yəhudi və müsəlman icmaları bir araya gəlib
2023
Meyn ştatında yəhudi və müsəlman icmaları bir araya gəlib

ABŞ-ın Meyn ştatının Portlend şəhərində yaşayan Azərbaycan icması müsəlman və yəhudi cəmiyyətlərinin Ramazan ayı və Şabbat günü münasibətilə təşkil etdikləri tədbirdə fəal iştirak edib.

Meyn Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Tərlan Əhmədov bildirib ki, tədbirdə ştatın qubernatoru Canet Mills, Baş prokuroru Aaron Frey, dövlət katibi Şenna Bellouz, Nümayəndələr Palatasının nümayəndələri, Portlend, Banqor və Biddeford şəhərlərinin şura üzvləri (City Concilman/woman), müxtəlif etnik azlıqları və dini konfessiyaları təmsil edən 150-dək qonaq iştirak edib.

 

 

 

Onun sözlərinə görə, Meyn ştatının tarixində ilk dəfə baş tutan əlamətdar hadisə zamanı Ramazan və Şabbat barədə məlumat verilib, qonaqlar birlikdə dualar edib, şamlar yandırıb, günəş batandan sonra iftar açıblar və ənənəvi musiqini dinləyiblər. “Dinlərarası dialoqun və mədəniyyətlərin oxşarlığı tematikasına həsr olunmuş bu tədbiri dəstəkləməklə Meyn Azərbaycanlıları Cəmiyyəti millətimizə xas olan müxtəlifliyin qorunması, daxiletmə və inklusiv cəmıyyətlərin ınkışafında müstəsna rol oynamağa calışır”, – deyə Tərlan Əhmədov əlavə edib.

Tədbir iştirakçıları azərbaycanlı iş adamı Hidayət Abbaszadənin təşkil etdiyi Azərbaycan guşəsində nümayiş etdirilən milli mətbəx nümunələrimizi və məhsullarımızı yüksək qiymətləndiriblər. Azərbaycanın tarixi, zəngin mədəniyyəti və multikultural dəyərləri haqqında qonaqlara məlumat verilib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

Kaynak:http://diaspor.gov.az/az/news-detail/meyn-statinda-yehudi-ve-muselman-icmalari-bir-araya-gelib-2795

 

 

REKLAM ALANI