Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Batman °C

Azərbaycanlı pianoçu Nərgiz Əliyarova Kennedi Mərkəzinin Millenium səhnəsində çıxış edəcək

Azərbaycanlı pianoçu Nərgiz Əliyarova Kennedi Mərkəzinin Millenium səhnəsində çıxış edəcək
REKLAM ALANI
31.12.2022
A+
A-

 

 

 

 

Azərbaycanlı pianoçu Nərgiz Əliyarova Kennedi Mərkəzinin Millenium səhnəsində çıxış edəcək

Resim
, 2022
Azərbaycanlı pianoçu Nərgiz Əliyarova Kennedi Mərkəzinin Millenium səhnəsində çıxış edəcək

Yanvarın 12-də Vaşintondakı Kennedi Mərkəzinin Millinium səhnəsində Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi, tanınmış pianoçu, Azərbaycanın əməkdar artisti Nərgiz Əliyarovanın “Music of the Silk Road” (“İpək Yolunun musiqisi”) adlı konserti keçiriləcək.

Kennedi Mərkəzinin yaydığı xəbərdə bildirilir ki, konsertdə qədim İpək Yolunun üzərində yerləşən üç ölkənin – Azərbaycan, Türkiyə və İran bəstəkarlarının əsərləri səsləndiriləcək: “Nyu-Yorkdan olan tanınmış pianoçu Nərgiz Əliyarova Amerika musiqisevərlərinin elə də tanış olmadığı bu Şərq ölkələrinin musiqilərini təqdim edəcək”.

Konsertin elanında Nərgiz Əliyarova haqqında məlumat da verilib. Nyu-Yorkdakı konsertin şərhlərinə əsasən bildirilib ki, “Dr. Əliyarova, şübhəsiz ki, mükəmməl pianoçuluq bacarığını və artistizmi aparıcı və müəllim rolu ilə birləşdirən dinamo-maşındır”.

Nyu-Yorkda yaşayan Nərgiz Əliyarovanın beynəlxalq səviyyədə tanınmış pianoçu və professor olduğu, professional səhnəyə ilk dəfə 9 yaşında çıxdığı, dünyanın 40-dan çox şəhərində kamera və simfonik orkestrlərlə birlikdə solist və ifaçı kimi çıxış etdiyi nəzərə çatdırılıb: “Onun repertuarına barokkodan müasir dövrə qədər olan musiqi daxildir. 2018-ci ildə Linkoln Mərkəzində, 2022-ci ilin martında “Karnegi Hall”da və 2022-ci ilin noyabrında “Karnegi Hall”un Stern konsert salonunda debüt edib”.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycanli-pianocu-nergiz-eliyarova-kennedi-merkezinin-millenium-sehnesinde-cixis-edecek-2145

 

 

REKLAM ALANI