Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Batman °C

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Azərbaycanın qlobal səviyyədəki nüfuzunun artması “Bu gün Türk dünyasının birliyi möhkəmlənir”, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Azərbaycanın qlobal səviyyədəki nüfuzunun artması “Bu gün Türk dünyasının birliyi möhkəmlənir”, ÖZEL
REKLAM ALANI
09.07.2024
A+
A-

Millət vəkili Məşhur Məmmədov,
“Azərbaycanın qlobal səviyyədəki nüfuzunun artması “Bu gün Türk dünyasının birliyi möhkəmlənir”, ÖZEL

Açıklama yok.

 

Millet vekili Meşhur Memmedov,

 

Şuşa növbəti əhəmiyyətli bir tədbirə evsahibliyi etdi.  Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olundu. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli”, TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanıb.

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının  Şuşada qeyri-rəsmi Zirvə görüşü Azərbaycanın növbəti beynəlxalq təşəbbüsü idi. Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.
Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cari ilin 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı qeyd etdiyi kimi, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir.

Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin aydın təzahürüdür. Bu səfərlər yalnız siyasi və diplomatik əlaqələri möhkəmləndirmir, həm də xalqlar arasında mədəni və tarixi bağları gücləndirir. Rəhbərlərin belə səfərləri, azad edilmiş torpaqların bərpası və inkişafı prosesində birlik və qarşılıqlı dəstəyi nümayiş etdirir. Bu cür addımlar, həmrəyliyin və birgə əməkdaşlığın nə qədər önəmli olduğunu bir daha göstərir və Türk dünyasının birlik və dayanışma mesajını bütün dünyaya çatdırır.

Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etdilər.

Türk Dövlətləri Təşkilatının gələcəklə bağlı hədəfləri böyükdür. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdü.

Azərbaycanın strateji coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu regionda tranzit və ticarət əməliyyatlarının effektiv həyata keçirilməsinə şərait yaradır.

Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər logistika mərkəzləri, yüklərin təhlükəsiz və sürətli daşınmasını təmin edir, bu da Türk dövlətləri arasındakı iqtisadi əlaqələri gücləndirir. Azərbaycanın tranzit xidmətləri, həmçinin Avropa ilə Asiya arasında iqtisadi körpü rolunu oynayır və regionun ticarət potensialını artırır.

Yeni əməkdaşlıq perspektivləri üzərində işlənir. Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir.

İmzalanmış Qarabağ Bəyannaməsi Türk dünyasının həmrəyliyini və Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq nüfuzunu gücləndirəcək bir addımdır. Bu bəyannamə, üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə əməkdaşlığı və birliyi daha da dərinləşdirir. Qəbul edilmiş qərarlar və ortaq tədbirlər Türk dünyasının birliyini möhkəmləndirir və regionda və dünya səviyyəsində daha güclü bir təsir qüvvəsinə çevrilməsinə kömək edir. Bu, həm də üzv ölkələrin milli maraqlarını müdafiə etməyə və ortaq dəyərləri təbliğ etməyə imkan yaradır.

İmzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

 

Ülker PİRİYEVA/AZERBAYCAN

REKLAM ALANI