Finlandiyada “Azərbaycan- Multikulturalizm diyarı” adlı kitabın təqdimatı baş tutub
Finlandiyada “Azərbaycan- Multikulturalizm diyarı” adlı kitabın təqdimatı baş tutub
5 mart, 2024
Finlandiyada “Azərbaycan- Multikulturalizm diyarı” adlı kitabın təqdimatı baş tutub
Finlandiyanın paytaxtı Helsinki şəhərində fotoqraf Etibar Cəfərovun “Azərbaycan-Multikulturalizm diyarı” adlı kitabının təqdimatı və eyniadlı sərgisi keçirilib.
Finlandiyanın paytaxtı Helsinki şəhərində fotoqraf Etibar Cəfərovun “#Azərbaycan-Multikulturalizm diyarı” adlı kitabının təqdimatı və eyniadlı sərgisi keçirilib.
📌https://t.co/CrzCe7pt9b pic.twitter.com/2TKyqwFNcT— Azerbaijani Diaspora (@DiasporaAz) March 5, 2024
Kitabın təqdimatı və eyniadlı sərgi Finlandiyada fəaliyyət göstərən “Azər-Türk” Gənclər təşkilatının sədri, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Helsinki şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə Oodi kitabxanası və Helsinki Azərbaycan Evində keçirilib. Tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycanda mövcud multikultural rəngarəngliyi təbliğ etmək, sərgi iştirakçılarını ölkəmizin müxtəlif icmalarının tarixi, adət-ənənələri, musiqisi, rəqsləri, milli mətbəxi və ənənəvi sənətkarlığı ilə tanış etmək olub.
Tədbir iştirak edən əcnəbi qonaqların diqqətinə çatdırılıb ki, tarixi İpək yolu üzərində və müxtəlif sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda əsrlər boyu milli-mədəni rəngarənglik mühiti mövcud olub, ayrı-ayrı millətlər və konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayıb.
Qeyd edək ki, “Azərbaycan-Multikulturalizm diyarı” adlı kitabın və eyniadlı sərginin təqdimatı Espoo şəhərində də keçirilib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/finlandiyada-azerbaycan-multikulturalizm-diyari-adli-kitabin-teqdimati-bas-tutub-4366